"Tottenhem"in futbolçusu Qaret Beyl "instaqram" səhifəsində etdiyi paylaşımla baş məşqçi Joze Mourinyonu qəzəbləndirib.
Offsideplus.az "Mirror"a istinadla xəbər verir ki, "Everton"la kubok matçında ulduz futbolçuya şans verməyən təcrübəli mütəxəssis bunu Beylin zədəli olması ilə əlaqələndirmişdi. Beyl isə oyun günü sosial şəbəkədə məşqdən fotosunu paylaşaraq altına "bu gün yaxşı məşq oldu" sözlərini yazıb.
Futbolçunun əməlindən pərt olan Mourinyo yetirməsinə ciddi xəbərdarlıq edib.