"Mançester Siti" uzun müddət yaşıl meydanlardan uzaq qalan futbolçusu Serxio Aqueronun yerinə iki namizəd düşünür.
Offsideplus.az "The Althletic" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər"in ilk namizədi "İnter"dən Romelu Lukakudur. "Sauthempton" klubundan Denni İnqs Aqueronun yerinə gələcək digər futbolçu kimi nəzərdə tutulur.
Qeyd edək ki, "Siti"də 180 qola imza atan Serxio Aqueronun müqaviləsi başa çatmaq üzrədir. 32 yaşı futbolçu ilə PSJ-nin yeni baş məşqçisi Poçettino, həmçinin də Messini klubda saxlamaq istəyən "Barselona"nın prezident namizədləri maraqlanır.