İcarə əsasında "Tottenhem"də çıxış edən Qaret Beylin gələcək karyerası bəlli olub.
Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumameylli yarımmüdafiəçi cari mövsümün sonunda London klubunu tərk edəcək. Buna səbəb "Tottenhem"in baş məşqçisi Joze Muorinyonun uelsli futbolçudan narazı qalmasıdır. Belə ki, Beyli nadir hallarda meydana buraxan portuqaliyalı mütəxəssisin onun xidmətində maraqlı deyil.
Qeyd edək ki, Qaret Beylin "Real Madrid"lə 2022-ci ilin yayınadək müqaviləsi var.