Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Afrikada son 10 ilin ən yaxşı üç futbolçusunun adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, siyahının ilk pilləsində “Liverpul” klubundan Məhəmməd Salah yer alıb. Misirli forvard Afrikada son 10 ilin ən yaxşı futbolçusu seçilib.
İkinci yerdə “Liverpul”un seneqallı yarımmüdafiəçisi Sadio Mane, üçüncü sırada isə “Mançester Siti”nin əlcəzairli futbolçusu Riyad Mahrez yer alıb.