Norveç millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Martin Edeqor "Arsenal"a keçib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi London təmsilçisində icarə əsasında çıxış edəcək.

Onunla 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanıb. Futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Martin Edeqor ötən mövsümü icarə əsasında İspaniyanın "Real Sosyedad" klubunda keçirib.