"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq "Sauthempton"la matça çıxmayacaq.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı forvardın ailəsində problemlər yaşamasıdır. Belə ki, Obameyanqın həyat yoldaşının ona xəyanət etdiyi ilə bağlı iddialar var.

Qeyd edək ki, "Sauthempton" - "Arsenal" matçı Bakı vaxtı ilə bu gecə saat 00:15-də baş tutacaq.