İngiltərənin "Arsenal" komandası qapıçı transfer edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "topçular" "Brayton"un qapıçısı Metyu Rayanı icarəyə götürüb.

Avstraliyalı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, hazırda "Arsenal"ın əsas qapıçısı Almaniya millisinin də üzvü olan Bernd Lenodur.