"Liverpul" 18-ci turda "doğma divarlar" arasında "Börnli"yə (0:1) məğlub oldu.
Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki. matç haqda danışan baş məşqçi Yurgen Klopp yenilgiyə görə özünü günahkar görüb: "Məğlub olunması çətin olan oyunda məğlub olduq. Mənim səhvimdir. Yenə deyirəm, mənim səhvimdir. Futbolçular onlara verilən tapşırıqları yerinə yetirdilər. Sadəcə, oyunumuz alınmadı. Topla nəzarət edir, hücumlar qurur, təhlükəli vəziyyətlər yaradır, di gəl. son anda dəqiq ola bilmirdik. Belə olursa da, bu, mənim günahımdır. Çünki futbolçulara həlledici anlarda necə davranmalı olduqlarını, rəqibi necə təzyiq altında saxlamalı olduqlarını mən başa salmalıyam. Rəqib böyük qüvvə ilə müdafiə olunanda oynamaq çətin olur".
Qeyd edək ki, "Liverpul" 68 oyun idi "Enfild Road"da uduzmurdu.