"Arsenal" "Barselona"nın futbolçusunu əldə etmək üçü dəridən-qabıqdan çıxır.

Offsidelus.az "Sky Sports"a istinadla xəbər verir ki, ingilis klubu Netonu heyətinə qatmaqda israrlıdır. "Barsa"da Ter Şteqenin kölgəsində qalan braziliyalı qolkiperin özü də hazırkı durumundan məmnun deyil. Daha çox şans qazanacağı komandaya üz tutmaq istəyir ki, "Arsenal"ı sərfəli variant hesab edir.

Qeyd edək ki, "topçular" Netonu mövsümün sonuna qədər icarəyə götürüb, yayda birdəfəlik keçid üçün "Barsa"yla danışıqlara başlamaq istəyir.