İtaliyanın “Sassuolo” klubunun futbolçusu Manuel Lokatelli karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 23 yaşlı italiyalı üçün 30 milyon funt sterlinq ödəməyə hazırdır. İki klub arasında razılıq əldə olunsa, Lokatelli A seriyasını Premyer Liqaya dəyişəcək.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə 16 oyunda 2 qol vurub.