"Aston Villa"nın futbolçusu Lui Barri "Liverpul"lu Fabinyo ilə formasını dəyişəndən sonra maraqlı hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, ilk rəsmi matçına çıxdığını xatırlayan 17 yaşlı futbolçu sonradan tunelə gedərək Fabinyodan formasını geri istəyib. Barri ilk rəsmi matç formasını özünə saxlamağı düşünərək bu addımı atıb.
Qeyd edək ki, Barri 1:4 hesabıyla bitən oyunda "Liverpul"a vurulan yeganə qolun müəllifi olub.
Həmin maraqlı görüntüləri təqdim edirik: