İngiltərə Premyer Liqasında "at oynadan" Cek Qriliş yenə nəhəng klubların hədəfindədir.

"Yuventus", "Barselona", "Milan", PSJ kimi klubların göz qoyduğu "Aston Villa"nın "10 nömrə"sini yerli klublar da istəyir. Özünə əl qatan isə "Mançester Yunayted"dir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" hələ yayda İngiltərə millisinin üzvünü heyətinə qatmaq istəsə də, "Aston Villa"nın qoyduğu 77 milyon avroluq transfer dəyəri qarşı tərəfi razı qalmamışdı. "The Athletic"in məlumatına görə, "Mançester Yunayted" Qrilişə görə növbəti dəfə hərəkətə keçib. Lakin bu dəfə birmingemlilər kapitana görə daha artıq məbləğ "oxuyublar" - 100 milyon.

Qeyd edək ki, MY Cekə görə 60 milyon avrosundan, üstəlik, əsas heyətdə oyunçusu olmayan hansısa futbolçusundan keçməyə hazırdır.