"Mançester Yunayted"in qapıçısı David de Xea İngiltərə Premyer Liqasının 17-ci turunda "Aston Villa"ya qarşı matçda (2:1) yeni rekord imza atıb.
Offsideplus.az xəbər verir ki, sözügedən görüşlə ispan qolkiper klubdakl 327-i oyununu keçirib. Bu, komandanın legioner futbolçuları arasında yeni bir rekorddur.
Əvvəllər bu rekord "qırmızı şeytanlar"da 326 matç keçirən irlandiyalı Roy Kinə məxsus idi . O buna 15 ilə nail olmuşdu.