"Mançester Yunayted"in futbolçusu Edinson Kavani sərt cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) uruqvaylı hücumçuya sosial şəbəkələrdə irqçi şərhinə görə cəza verib. Belə ki, Kavani 100 min funt sterlinq cərimələnib və üç matçda iştirakdan kənarlaşdırılıb. O,  İngiltərə Premyer Liqasında "Aston Villa", "Mançester Siti" (İngiltərə Liqası Kuboku) və "Uotford"la (İngiltərə Kuboku) matçlarda çıxış edə bilməyəcək.

Xatırladaq ki, Kavani İngiltərə Premyer Liqasının 10-cu turunun "Sauthempton"la matçında əzmkar qələbədən sonra sosial şəbəkədə istifadəçilərdən birindən təbriklərə cavab verərək, "Gracias negrito" ("Təşəkkür, qara") sözlərini yazıb. Uruqvaylı futbolçu paylaşımını 3 saat sonra silib, ancaq bu, FA-da diqqəti cəlb edib.