"Mançester Siti"nin futbolçusu Qabriel Jezus zədələnib.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı hücumçu İngiltərə Premyer Liqasının 21-ci turunda "Kristal Pelas"la matçda zədə alıb. Onun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Kristal Pelas" - "Mançester Siti" görüşü 0:0 hesabı ilə başa çatıb.