İngiltərə Premyer Liqasının 16-cı turunda "Arsenal" "Brayton" matçı baş tutub.

Offsideplus.az xəbər verir ki, "topçular" minimal hesabla ev sahiblərinə qalib gəliblər. 66-cı dəqiqədə meydana daxil olan Aleksandr Lakazette 21 saniyə sonra topa ilk toxunuşunu qola çevirib.
Səfərdən 3 xalla qayıdan "Arsenal" xalını 20-yə çatdıraraq 13-cü pillədə qərarlaşıb.
"Brayton" - "Arsenal" 0:1 (A.Lakazette, 66.)