İngiltərə Premyer Liqasında ötən həftənin koronavirusa yoluxma statistikası açıqlanıb.

Offsideplus.az xəbər verir ki, test verən 1479 futbolçu və klub əməkdaşından 18-ində virusa yoluxma aşkarlanıb. Koronavirusa yoluxanlardan 5 nəfəri "Mançester Siti"dədir. Bu səbədən baş tutmalı olan "Everton" - "Siti" görüşü təxirə salınmışdı. Ulduz oyunçu Qabriel Jesusun da adının bu siyahıda olduğu bildirilir.

Qeyd edək ki, sabah keçirilməli olan "Tottenhem" - "Fulham" matçı da təhlükə altındadır. Belə ki, ev sahibi komandada yoluxanların olduğu deyilir.