İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində “Mançester Siti”yə texniki məğlubiyyət verilməyəcək.

Offsideplus.az xəbər verir ki, koronavirusa yoluxma üzündən “Mançester Yunayted”lə oyuna çıxması sual altına düşən “şəhərlilər”in matçı başqa vaxta keçiriləcək.

Yarışın əsasnaməsinə əsasən yarımfinal oyununun keçirilməsi mümkün deyilsə, qarşılaşma başqa vaxta təxirə salınmalıdır.

Qeyd edək ki, 5 futbolçu və 2 klub əməkdaşı koronavirusa yoluxan “Mançester Siti”nin “Everton”la Premyer Liqadakı matçı baş tutmayıb.