İngiltərə kubokunun 1/4 final mərhələsində "Stok Siti"ni məğlub edən "Tottenhem" (3:1) qələbənin dadını çıxarda bilməyib. Belə ki, londonlular Qaret Beyli itirib.

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, bu barədə baş məşqçi açıqlama verib. İlk hissədə qol vuran Qaret fasilədə Joze Mourinyoya yaxınlaşaraq əvəzlənmək istədiyini bildirib. İstəyini zədəli olması ilə əlaqələndirincə,  təcrübəli çalışdırıcı ikinci yarının başlanğıcında dəyişikliyə əl atıb. 31 yaşlı futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir.

Qeyd edək ki, Beyl "Tottenhem"də icarə əsasında top qovur. Cari mövsümdə paytaxt təmsilçisinin heyətində 11 oyun keçirərək 3 qola imza atıb.