"Arsenal" tarixinin bəlkə də ən bərbad dönəmini yaşayır.

Offsideplus.az xəbər verir ki, artıq londonlu azarkeşlərin də səbr kasası daşıb. Fanatların vəziyyətin belə alınmasının səbəbkarı kimi Unay Emerini görsələr də, Mikel Artetanın gəlişindən sonra da heç nə dəyişmədi. 

"Topçular"ın cari mövsümkü durumuna nəzər salaq.

- "Arsenal" Premyer Liqada sonuncu qələbəsini noyabrın 1-də "Mançester Yunayted" üzərində qazanıb.

- "Arsenal" Premyer Liqanın son 7 matçında 2 xal qazanıb. 

- "Arsenal" Premyer Liqanın son 6 ev oyununda cəmi 1 xal qazanıb.

- "Arsenal" Premyer Liqada son ev qələbəsini oktyabrın 4-də əldə edib. 

- "Arsenal" Premyer Liqanın son 14 görüşündə 14 xal toplamaqla 15-ci pillədə qərarlaşıb.

- "Arsenal"ı Premyer Liqanın "uçuş zolağı"ndan cəmi 4 xal ayırır.