İngiltərə Futbol Assosiasiyası Çempionşipdə mübarizə aparan "Bornmut" klubunun futbolçusu Cefferson Lerma ilə bağlı araşdırmalara başlayıb.

Offsideplus.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi "Şeffild Uensdey"lə matçın (0:1) 83-cü dəqiqəsində rəqib komandanın oyunçusunu dişləməkdə günahlandırılır.

İttihamları rədd edən futbolçu bununla bağlı etirazını dekabrın 24-dək rəsmi şəkildə bildirməlidir.

Qeyd edək ki, 26 yaşlı futbolçunun günahı sübuta yetirilsə, o, uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.