"Mançester Siti"nin sabiq futbolçusu Skot Sinkler klubunun Erlinq Haland transferi üçün maksimum çalışmalı olduğunu açıqlayıb.
Offsideplus.az talkSPORT-a istinadən xəbər verir ki, hazırda "Preston" klubunda çıxış edən Sinkler "Dortmund"un ulduzunun vacibliyindən danışıb. Serxio Aqueronun yoxluğunu dəyərləndirən 31 yaşlı yarımmüdafiəçi "şəhərlilər"in yeni hücumçu axtarmalı olduğunu deyib.
"Aqueronun nəticələrinə və oyunları buraxmasına diqqət yetirsək, yeni hücumçu almaq vacibdir. Mənə qalsa, Haland üçün hər şeyimi verərdim. Bu futbolçu hər bir bacarığa sahibdir və "Siti"nin imicinə çox yaraşır. Onların Halandı olsaydı, çox güman ki, titul uğrunda mübarizə apara bilərdilər".