İngiltərənin “Liverpul” klubu futbolçusu Corcinyo Veynaldumla yeni müqavilə imzalamağı planlaşdırır.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Yurgen Klopp Mersisayd klubunun niderlandlı futbolçuya yeni müqavilə təklif etdiyini təsdiqləyib.
Qeyd edək ki, 30 yaşlı futbolçunun “Liverpul”la müqaviləsi cari mövsümün sonuna qədərdir.