"Mançester Siti" qış fasiləsində futbolçu almayacaq.
Bunu komandanın baş məşqçisi Pep Qvardiola deyib.
Offsideplus.az baş məşqçinin klub saytına verdiyi müsahibəyə istinadla xəbər verir ki, Qvardiola indiki heyətdən məmnundur və mövsümün ortasında güclənməyə ehtiyac duymur: "Yanvarda transfer? Xeyr-xeyr, bu baş verməyəcək. Bütün titullar uğrunda mübarizə aparmaq üçün fantastik komandamız var. Özünü yaxşı tərəfdən göstərən futbolçularla yolumuza davam edəcəyik. Serxio Aquero uzun müdddət zədədən əziyyət çəkdi. Bu gün əvvəlki formasını bərpa etmək üçün çox çalışır. 32 yaşı var, belədə bərpa prosesinin vaxt alması normaldır. Dayanmadan məşq edəcək, oyun təcrübəsi qazanacaq və yaxın həftələrdə əla vəziyyətə gələcək. Mövsümün sonuna qədər 7 ay vaxt var, Serxio bizə lazım olacaq".