"Tottenhem"in baş məşqçisi Joze Mourinyo futbolçusu Serxio Reqilona donuz əti bağışlayıb.
Offsideplus.az xəbər verir ki, Serxio Reqilonun "Mançester Siti"ylə oyunda göstərdiyi əla performans cavabsız qalmayıb. Belə ki, təcrübəli mütəxəssis Mourinyo futbolçusuna 500 funt-sterlinq dəyərində donuz əti hədiyyə edib. "İnstaqram" hesabında paylaşım edən baş məşqçi bu sözləri qeyd edib:
"Söz sözdür. Mənə 500 funt-sterlinqə başa gəldi, amma mən həmişə vədlərimi tuturam".