"Mançester Yunayted"in qolkiperi Din Henderson klub rəhbərliyinə yalvaracaq.
Cari mövsümdə əsas komandada cəmi 3 oyuna çıxan 23 yaşlı qolkiper komandanı tərk etmək niyyətindədir.
Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, "Lids"lə "Brayton" Hendersonun xidmətində maraqlıdır. Gələn il keçiriləcək Avropa çempionatında İngiltərə millisinin heyətinə düşmək üçün oyun təcrübəsinin vacibliyini dərk edən qapıçı daim oynayacağı komandaya keçmək istəyindədir. Yayda bəzi təkliflər olsa da, "Mançester Yunayted" yetirməsini buraxmamışdı. Bu dəfə Din klub rəhbərliyinə əməlli-başlı yalvarmalıdır. Bəlkə icazə verərlər.
Qeyd edək ki, futbolçunun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.