"Mançester Siti"nin əsas transfer hədəfi bəlli olub.

Offsideplus.az Daily Star-a istinadən xəbər verir ki, "şəhərlilər" "Aston Villa"nın iki futbolçusunu heyətinə qatmağı planlaşdırır. Onlardan biri ulduz yarımmüdafiəçi Cek Qrilişdir. Digəri isə "Mançester Siti"nin sabiq futbolçusu Duqlas Luizdir

Pep Qvardiolanın tərəfi "Aston Villa"ya 100 milyon funt sterlinq (132 milyon dollar) təklif etməklə iki futbolçunu birdən almağı düşünür.