İngiltərə Premyer Liqası təmsilçisi "Vesthem" qış transfer dönəmində futbolçusu ilə sağollaşacaq.

Offsideplus.az GIVEMESPORT-a istinadən xəbər verir ki, baş məşqçi Devid Moyes yanvar ayında Nethen Holland üçün icarə təkliflərinə açıq olacaqlarını bildirib. 22 yaşlı yarımmüdafiəçi hazırda icarə əsasında "Oksford Yunayted" klubunda çıxış edir. 

Qeyd edək ki, Nethen Holland bu mövsüm 12 oyuna çıxıb və 3 qol vurub.