İngiltərənin “Liverpul” klubu yeni transferlə bağlı Premyer Liqa rəhbərliyinə müraciət edəcək.

Offsideplus.az xəbər verir ki, mersisaydlılar Vircil van Deykin zədələnməsinə görə transfer dövründən kənar müddətdə müdafiəçi almaq üçün icazə verilməsini istəyir.
Son İngiltərə çempionu V turun “Everton”la görüşündə (2:2) ağır zədə alan niderlandlının yerinə mərkəz müdafiəçisi almaq niyyətindədir. Müdafiəçilər Joel MatipCo Qomesin, mərkəz müdafiəçisi mövqeyində də oynamağı bacaran braziliyalı universal Fabinyo da zədəlidir.
“Liverpul” mərkəz müdafiəçilərinin inanılmaz sayda çoxluğunu sübut edərək bu mövqeyə oyunçu almaq üçün xüsusi icazənin verilməsinə nail olmaq fikrindədir.