İngiltərə Premyer Liqasının V turunda keçirilmiş Mersisayd derbisində "Liverpul"un müdafiəçisi Vircil van Deyki zədələyən "Everton" klubunun oyunçusu Cordan Pikford özünə cangüdən tutub.

Offsideplus.az xəbər verir ki, "Daily Mail" qapıçının rəqib azarkeşlər tərəfindən təhdid olunduğu üçün özü və ailəsi üçün cangüdən tutduğunu yazıb.

Qeyd edək ki, "Everton" - "Liverpul" görüşü 2:2 hesabı bitib. Matçın 11-ci dəqiqəsində Pikfordla toqquşmadan sonra zədələnən van Deyk meydanı tərk emək məcburiyyətində qalıb. Tibbi müayinədən sonra niderlandlı müdafiəçinin müalicəsinin 7-8 ay davam edəcəyi bəlli olub.