"Mançester Yunayted"in və Fransa milli komandasının oyunçusu Pol Poqba radikal qərarla diqqət çəkib.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, ulduz futbolçu Fransa Prezidenti Emanuel Makronun islam dini ilə bağlı açıqlamalarından sonra millidə oynamamaq qərarına gəlib.
Qeyd edək ki, oktyabrın 16-da 47 yaşlı müəllim Samuel Pati Parisin Konflan-Sent-Onorin qəsəbəsində müsəlman şəxs tərəfindən qətlə yetirilib. Ölümə müəllimin İnsan Hüquqları dərsində Məhəmməd peyğəmbəri karikaturaya salınmış formada göstərməsi səbəb olub. Məlum olub ki, qətli 18 yaşlı siyasi qaçqın, əslən çeçen olan Rusiya vətəndaşı Abdullah Anzorov törədib.
Bildirilir ki, qatil məktəbin qarşısında müəllimə hücum çəkərək çoxsaylı bıçaq zərbələri endirib, sonda başını kəsib. Hal şahidlərinin dediyinə görə, Abdullah müəllimin başını kəsəndən sonra dizlərini yerə qoyub, əllərini göyə qaldırıb və "Allahu Əkbər" deyərək bağırıb.
Hadisə Fransada böyük səs-küyə səbəb olduğundan, Makronun qəzəbli açıqlaması bu cür olub: "Birliyimiz və möhkəmliyimiz islam terrorçuluğuna yeganə cavabımız olacaq".
Yeri gəlmişkən, 27 yaşlı oyunçu 2013-cü ildən Fransa millisinin formasını geyinirdi.