Premyer Liqanın yeni mövsümündə "Arsenal"ın 25 nəfərdən ibarət əsas heyətinə salınmayan Məsut Özil bununla bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Avropa Liqası matçlarından da uzaq düşən türk əsilli futbolçu fevral ayına qədər "Arsenal"ın əsas heyətində oynamayacaq.
Sosial şəbəkə hesablarından paylaşım edən Almaniya millisinin üzvü "Arsenal" azarkeşlərini müraciətində rəhbərliyi sədaqətsizlikdə günahlandırıb:
"Arsenal" fanatlarına bu mesajı yazmaq mənim üçün çox çətindir. Premyer Liqanın yeni mövsümü üçün qeydiyyatdan keçməməyim məni həqiqətən çox məyus etdi. 2018-ci ildə yeni müqavilə imzaladıqdan sonra sevdiyim kluba - "Arsenal"a sadiqlik və sədaqət sözü verdim və bunun qarşılıqlı olmaması məni kədərləndirdi. Yenicə öyrəndim ki, sədaqətin günümüzdə qalması çətindir. Həmişə hər növbəti həftəyə pozitiv qalmağa çalışdım ki, bəlkə də yenidən heyətə qayıtmaq şansım var. Buna görə indiyə qədər susdum. Koronavirus fasiləsindən əvvəl yeni məşqçimiz Mikel Artetanın rəhbərliyindəki inkişafdan çox məmnun idim - müsbət yol tutmuşuq və deyərdim ki, çıxışlarım həqiqətən yaxşı səviyyədə idi.
Ancaq sonra işlər dəyişdi və yenidən "Arsenal"da futbol oynamağıma icazə verilmədi. Başqa nə deyə bilərəm? Londonu hələ də öz evim kimi hiss edirəm, bu komandada hələ çox yaxşı dostlarım var və bu klubun azarkeşləri ilə hələ də güclü bir bağ hiss edirəm. Nə olursa olsun, şans qazanmaq üçün mübarizə aparacağam və "Arsenal"dakı 8-ci mövsümümün belə bitməsinə imkan verməyəcəm. Sizə söz verə bilərəm ki, bu sərt qərar zehniyyətimdə heç nəyi dəyişməyəcək - bacardığım qədər məşq etməyə davam edəcəyəm və mümkün olduğu hər yerdə səsimi qeyri-insani davranışa qarşı və ədalət üçün istifadə edəcəyəm".
Qeyd edək ki, Məsut Özilin "Arsenal"la müqaviləsi 2021-ci ilə qədərdir. Futbolçu başqa kluba keçmək seçimini yenidən gözdən keçirəcək.