Qaret Beyl pandemiya dövründə maaşının azaldılmasına razı olmayan tək futbolçudur.
Offsideplus.az xəbər verir ki, "Real Madrid" büdcəni sabit saxlamaq üçün ilin əvvəlində futbolçularının maaşını 10%-ə qədər azaltmağı təklif edib. Belə ki, bir futbolçudan başqa komandanın qalan üzvünün hamısı buna razılıq verib. Həmin futbolçu isə Kral klubundan ayrılan Qaret Beyldir. Uelsli ulduz həftəlik 500 000 funt sterlinqlik maaşında əskik görmək istəməyib.
Maraqlısı burasıdır ki, 31 yaşlı bunu xəsisliyindən etməyib. Beyl Kardiff və Veyl Sağlamlıq Vəqfinə böyük məbləğdə ödənişlər etmişdi. Görünən odur ki, sabiq "Real"lı doğma uelslilərə yardım etməyi öz komandasına kömək etməkdən üstün tutub.