İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" "Barselona" klubunun qapıçısını heyətinə qatmaq istəyirmiş.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" yay transfer pəncərəsi dönəmində Mark-Andre Ter Ştegenə kluba qatılmaq və "Barselona" ilə müqaviləsinə xitam vermək barədə təklif göndərib. Alman qapıçı isə "Çelsi"nin təklifini cavabsız qoyub və komandada qalmağa qərar verib.
Qeyd edək ki, 2017-ci ildə Kataloniya klubu ilə müqaviləsini yeniləyən Ter Ştegen 2022-ci ilə qədər "Barsa"da çıxış edəcək.