"Arsenal"ın sabiq çalışdırıcısı Arsen Venger keçmişə "səyahət edib".

Təcrübəli mütəxəssis karyerasına gözzdirəndə, iki dəfə imtina etdiyi dünya nəhənginin adını çəkib. 

Offsideplus.az xəbər verir ki, 70 yaşlı mütəxəssis BBC-yə açıqlamasında bunları deyib: "İki dəfə "Real"ı çalışdırmaqdan imtina etmişəm. İnanmıram ki, mənim kimi davranan başqa kimsə olsun. "Arsenal"da yüksək hədəflər uğrunda mübari2ə aparmaq üçün lazımi maliyyənin olmadığını bilə-bilə komandada qalmışdım. "Arsenal"ın uzunmüddətli baş məşqçisi kimi tarixə düşdüyümə görə xoşbəxtəm".