Deyəsən cari mövsüm Nqolo Kante üçün "Çelsi"də sonuncu olacaq. Belə ki, fransız yarımmüdafiəçi komandanı tərk etmək fikrinə düşüb. Buna səbəb isə oyunçunun Frenk Lampardın rəhbərliyi altında oynamaq istəməməsidir.

Offsideplus.az Le Parisien-ə istinadən xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Frenk Lampard və futbolçu Nqolo Kante arasında mübahisə yaşanıb.

Bir neçə gün əvvəl Kante dostunun toyunda iştirak etmək üçün Lamparddan bir günlük icazə istəyib. Baş məşqçi isə cavabında nizam-intizamın hər şeydən üstün olduğunu deyərək futbolçunun xahişini yerinə salıb. Bu hadisədən sonra fransız futbolçu mövsümün sonunda "Çelsi"dən ayrılmaq barədə düşünür

Qeyd edək ki, uzun müddətdir ki, "İnter" klubu Kante ilə yaxından maraqlanır. Futbolçunun arzusu isə "Real"da oynmaqdır.