Baş məşqçi Maurisio Poçettino İngiltərə nəhənglərinin hədəfindədir.

Offsideplus.az Sun-a istinadən xəbər verir ki, "Mançester Yunayted" "Siti" klubları "Tottenhem"dən ayrılandan sonra işsiz qalan Maurisio Poçettino uğrunda mübarizə aparırlar. 

"Qırmızı şeytanlar" təcili baş məşqçi axtarışındadır. Belə ki, pis nəticələr davam edərsə, klubun Ole-Qunnar Sulşer ilə yollarını ayıracağı gözlənilir.

"Mançester Siti"dəki vəziyyət isə bir az fərqlidir. Dünyanın ən yaxşı baş məşqçilərindən olan Pep Qvardiola klub ilə müqaviləsini uzatmadığından "Mançester Siti"yə olan sədaqətini itirdiyi düşünülür. Belə ki, Qvardiola getsə və ya klubdan ayrılmağı düşünərsə yerinə gələcək ilk şəxs Poçettino olacaq.