"Mançester Yunayted"in "Tottenhem"ə 1:6 hesablı məğlubiyyətinin "tüstüsü çəkilmir".
Faciəvi yenilgidən sonra komandanın sabiqləri dil açıb, hərə bir tərəfdən döşəyir.
Offsideplus.az xəbər verir ki, bu dəfə "qırmızı şeytanlar"ın sabiq kapitanı Roy Kin fikirlərini dilə gətirib. 49 yaşlı mütəxəssis Britaniya mətbuatına açıqlamasında bəzi futbolçuların klubun adını ləkələdiyini söyləyib: “Mançester Yunayted”in “Tottenhem”ə qarşı belə oynaması ayıbdır. Hamımız futbolun nə olduğunu bilirik və pis günlər keçirmişik. Amma bəzi futbolçular bu klubun adını ləkələyiblər. Ümumiyyətlə, olanların Sulşerə də təsir edəcəyini düşünürəm. Nəzərə alaq ki, futbolçular onun sərəncamındadır. Onlar əvvəlki məşqçiləri Joze Mourinyonu avtobusun təkərləri altına atmışdlar, bunu Sulşerə qarşı da edəcəklər”.