"Mançester Yunayted"in yeni transferi Edinson Kavani keçmiş komanda yoldaşı Neymara qarşı münasibətindən danışıb.
Offsideplus.az xəbər verir ki, braziliyalının 2017-ci ildə PSJ-yə gəlişindən az sonra ulduz futbolçular arasında penaltini vurmaq üstündə mübahisə yaranmışdı.
Kavani Neymarla onun tamamilə fərqli xarakter sahibi olduqlarından aralarındakı münasibətin də çətinlik yaratdığını bildirib.
"Biz bir-birimizdən fərqlənirdik və eyni düşüncələri paylaşmazdıq. Komandada olanda hamımızın dost və ya qardaş olmağımız gərəkmir. Vacib olan şey meydanda yoldaş olmağımız və bir-birimizi qoruya bilməyimizdir".
"Lion"la matçdan sonra onunla bir dəfə dalaşmışıq, bunu hər kəs bilir. Lakin sonradan deyilənlərin hamısı doğru deyil. Neymar yaxşı oğlandır", - deyə uruqvaylı ulduz qeyd edib.