İngiltərə Premyer Liqası klubu "Mançester Yunayted" Usman Dembeleni heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" qış transfer pəncərəsi dövründə "Barselona"nın futbolçusu Dembeleni transfer etməyi planlaşdırır.

İngiltərə klubu transfer pəncərəsinin bitmə günündə 23 yaşlı fransız üçün Kataloniya klubuna təklif göndərsə də, "Barselona" qəbul etməmişdi.