"Liverpul"un ulduzu Mohamed Salah kimsəsiz adama yardım etdiyi üçün sosial şəbəkələrdə "əsl qəhrəman" adlandırılıb.

Offsideplus.az xəbər verir ki, bir qrup adamın küçədə yaşayan kimsəsiz adama kobudluq etdiyini görən misirli oyunçu buna biganə qala bilməyib. Həmin şəxslərə "Bir gün siz də onun kimi ola bilərsiniz" deyən Salah evsiz adama 100 funt sterlinq məbləğində pul verib.

Devid Kreiq adlı adlı şəxs sonradan Sun-a müsahibə verib və baş verənləri açıqlayıb:

"Mu (Mohamed Salah) mənə sataşan adamları gördü və onlara yaxınlaşdı. "Bir neçə ildən sonra siz onun yerində ola bilərsiniz", - dedi. Sonra mənə 100 funt sterlinq pul verdi. Mu mənim üçün əsl qəhrəmandır və ona təşəkkür etmək istəyirəm".

90864585 bed5 4c63 9b59 4c25d10403a4