“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola komandanın zədəli futbolçusu Qabriel Jesusla bağlı məlumat verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis, Jesusun bir ay yaşıl meydanlardan kənarda qalacağını bildirib.

Qeyd edək ki, braziliyalı futbolçu “Vulverhempton”la oyunda (3:1) zədələnib.