“Real Sosyedad” klubunun müdafiəçisi Dieqo Lyorente karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı ispaniyalı mərkəz müdafiəçisi “Lids Yunayted”lə razılığa gəlib.

Futbolçu yeni klubu üçün tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.