"Çelsi" oyunçusu Davide Zappakostanı icarəyə göndərib.

Offsideplus.az xəbər verir ki, Davide Zappakosta "Cenoa" klubunda icarə əsasında çıxış edəcək. 28 yaşlı oyunçu 2020/21 mövsümünü İtaliya klubunda keçirəcək.

Qeyd edək ki, Zappakosta ötən mövsüm icarə əsasında "Roma"da çıxış etmişdi. Lakin oyunçu zədələri səbəbindən bir çox matçı buraxmışdı.