"Aston Villa" klubu "Arsenal"ın qapıçısını transfer edib.

Offsideplus.az xəbər verir ki, 2010-cu ildən bəri "Arsenal"ın qapıçısı olan Emiliano Martines "Aston Villa" klubuna transfer olub. "Aston Villa" Martines üçün 20 milyon funt sterlinq (26 milyon dollar) ödəyib.

Qeyd edək ki, 28 yaşlı oyunçunun İngiltərə klubu müqaviləsi 2024-cü ilə qədər davam edəcək.