İngiltərə Premyer Liqası klubu baş məqçisi ilə müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, "Lids Yunayted" baş məşqçisi Marselo Byelsa ilə müqaviləsini yeniləyib. Byelsanın daha bir il "Lids Yunayted" komandasına rəhbərlik edəcəyi bildirilir.

65 yaşlı baş məşqçi iki mövsümdür ki, İngiltərə klubu ilə birlikdə çalışır. Argentina və Çili millilərinə rəhbərlik edən Marselo Byelsa "Espanyol", "Atletik Bilbao", "Latsio" "Lill" klublarında baş məşqçilik edib.