"Everton" "Napoli" klubunun yarımmüdafiəçisi Allanı heyətinə qatdığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu "Everton" "Napoli"nin ulduzunu 22 milyon funt sterliqə (30 milyon dollar) transfer edib. "Napoli"dəki 5 illik müqaviləsinə son verən bu razılaşma ilə Allan 2023-cü ilə qədər İngiltərə klubunda çıxış edəcək.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2015-2020-ci illərdə "Napoli"nin heyətində 200-dən çox oyuna çıxıb.