"Lester" klubu "Ayaks""Atalanta"nın oyunçularını transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "Ayaks"ın müdafiəçisi Nikolas Talyafiko və "Atalanta"dan Robin Qosens "Lester" klubunun hədəfindədirlər.

"Tülkülər" bu transferlər ilə ötən gün "Çelsi"yə transfer olan Ben Çiluelinin yerini doldurmaq istəyir.

"Lester" hər iki oyunçuya 40 milyon funt sterlinq (53 milyon dollar) xərcləməyi planlaşdırır.