“Lids”in ardından Premyer Liqaya yüksələn ikinci komandanın da adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, futbol üzrə İngiltərə Çempionşipində 2019/20 mövsümünə yekun vurulub. Slaven Biliçin baş məşqçi olduğu “Vest Bromviç” 46 oyuna 83 xal toplayaraq ikinci yeri tutub və elitaya vəsiqə qazanıb.
Üçüncü və sonuncu vəsiqənin sahibi isə 3-6-cı pillələrdə qərarlaşan dörd komanda arasında baş tutacaq pley-off qarşılaşmalarından sonra müəyyənləşəcək. Yarımfinalda “Suonsi Siti” “Brentford”la, “Kardiff Siti” isə “Fulhem”lə qarşılaşacaq.