Futbol üzrə İngiltərə Premyer Liqasına yüksələn ilk klub müəyyənləşib.

 Offsideplus.az xəbər verir ki, Çempionşipdə lider mövqeyində yer alan "Lidz Yunayted" 16 il sonra yenidən Premyer Liqada iştirak etmək hüququ qazanıb.

Çampionşipdə ən yaxın rəqibi ikinci sıradakı "Vest Bromviç"in səfərdə "Huddersfild"ə 2-1 yenilməsinin ardından 87 xala malik "Lidz Yunayted" liqanı ilk iki sırada tamamlamağı qaranti edərək Premyer Liga vəsiqəsini əldə edib.

Sona 2 tur qalmış "Lidz Yunayted" bazar günü səfərdə "Derbi Kounti" ilə oyunda alib gəlsə çempion olacaq.

İngiltərə birinci Futbol Liqasında 3 dəfə çempion olab "Lidz Yunayted" son olaraq 2003-04 mövsümündə Premyer Liqada mübarizə aparmışdı.

Image